BÜLLETEN

Gənc Kardioloq və Rezidentlər İşçi Qrupu

Sədr
Dr. Şahanə Ələsgərli
Üzvlər
Dr. Ayla Alverdiyeva
Dr. İradə Aslanova
Dr. Elvira Babaşova
Dr. Lalə Babayeva
Dr. Sara Bayramzadə
Dr. Elmira Ələkbərli
Dr. Lamiyə Elişzadə
Dr. Tərənnüm Əlizadə
Dr. Səidə Hüseynova
Dr. Gülşən Musayeva
Dr. Mülayim Musayeva
Dr. Aytən Nəsibova
Dr. Elnurə Qardaşova
Dr. Sevda Qasımova
Dr. Sona Qasımzadə
Dr. Gülçin Qululu
Dr. Lalə Quluzadə
Dr. Elyar Zeynalov
Geri

24 saatlıq sidikdə natrium - kalium ifrazı və kardiovaskulyar risk

Müəllif: Dr. Gülşən Musayeva

Link: 

https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2109794

Giriş. Natrium qəbulu ilə kardivaskulyar xəstəlik arasında əlaqə, natrium qəbulunun yanlış qiymətləndirilməsi səbəbindən mübahisəli olaraq qalır. Bir neçə gün ardıcıl 24 saatlıq sidik ifrazının dəyərləndirilməsi doğru bir metod olaraq qəbul edilir.

Metodlar. Biz sağlam yetişkinlərdən ibarət 6 qrupdan fərdi iştirakçı məlumatlarını daxil etdik; Natrium və kalium ifrazı hər bir iştirakçı üçün ən azı iki 24 saatlıq sidik nümunəsinin istifadəsi ilə qiymətləndirilmişdir. Birincili sonlandırma nöqtəsi kardiovaskulyar hadisə idi (koronar revaskulyarizasiya, ölümcül və ya ölümcül olmayan miokard infarktı, insult). Hər qrupu əsaslı metodlar istifadə edərək analiz etdik və nəticələri randomizasiya effektli meta-analiz istifadə edərək birləşdirdik.

Nəticələr.  Ortalama ( +SD) yaşı 51,5+12,6 il olan və 54,2%-i qadın olan 10,709 iştirakçı arasında 8,8 illik davam edən tədqiqat sırasında 571 kardiovaskulyar hadisə aşkar edildi (insidans nisbəti, 5.9- 1000 nəfərə/il).  24 saatlıq  sidikdə ifraz olunan natriumun  miqdarı 3270 mg idi (10%-dən 90%-a qədər, 2099-dan 4899-a qədər). Daha yüksək natrium sekresiyası və daha aşağı kalium sekresiyası və daha yüksək natrium-kalium nisbəti daha yüksək kardiovaskulyar risk ilə əlaqəli olduğu görüldü. (bütün qarşılaşdırmalar üçün p <0,005). Sidik biomarkerinin 4-cü kvartilini (ən yüksək) 1-ci kvartillə (ən aşağı) müqayisə edən təhlillərdə hazard  nisbətləri natrium ifrazı üçün 1.60 (95% etibarlılıq intervalı, 1.19-2.14-ə qədər) – natrium ekskresiyası, 0.69 ( 95% Cl, 0.51-0.91-ə qədər) – kalium ekskresiyası və Na/K nisbəti üçün 1.62 (95% Cl, 1,25-2.10- a qədər) olmuşdur. Natrium ifrazının gündəlik 1000 mg artması kardiovaskulyar riskin 18% artması ilə əlaqələndirildi (hazard nisbəti 1.18, 95% Cl, 1,08-1,29-a qədər) və günlük kalium ifrazının 1000 mg artması riskin 18% azalması ilə əlaqəndirildi (hazard nisbəti 0.82, 95% Cl, 0.72-0.94-ə qədər)

Nəticə. 24 saatlıq sidik nümunələrinin doza-cavab üsulu ilə analizinə əsasən yüksək miqdarda natrium və aşağı miqdarda kalium qəbul edilməsi kardiovaskulyar riskin artmasına səbəb olduğu göstərilmişdir. Bu nəticələr bir daha sübut edir ki, mövcud şərtlər daxilində  natrium qəbulu azaldılmalı , kalium qəbulu artırılmalıdır. (Amerika Ürək Assosiasiyası və Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilir). 

Geri