Müəllif: Dr. Elvira Babaşova
Link:
https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2102074?query=featured_cardiologyGiriş. Dünyada 40.5 milyondan çox insan revmatik ürək xəstəliyinə məruz qalıb və o illik 306,000 ölümlə nəticələnir. Exokardioqrafiya müayinəsi revmatik ürək xəstəliyini erkən, gizli mərhələdə aşkar etmək üçün mükəmməl vasitədir. İkincili antibiotik profilaktikasının latent revmatik ürək xəstəliyinin inkişafının qarşısının alınmasında effektiv olub olmadığı məlum deyil.
Metodlar. Uqandada 5-17 yaş arası latent revmatik ürək xəstəliyi olan uşaq və yeniyetmələr arasında ikincili antibiotik profilaktikasının randomizasiya edilmiş, kontrollu tədqiqatı aparıldı. İştirakçılar 2 il müddətində 4 həftə fasilə ilə penisillin G benzatin (benzatin benzilpenisillin kimidə bilinir) inyeksiyası qəbul edən və ya profilaktik müalicə almayanlar arasından təsadüfi yolla seçildi. Bütün iştirakçılar başlanğıcda və 2 il təqibdə Exokardioqrafiya müayinəsi olundu. Əsas sonlanma nöqtəsi 2 il ərzində exokardioqrafik proqressiya oldu.
Nəticə. Exokardioqrafiya müayinəsindən keçmiş 102,000 uşaq və yeniyetmə arasında 3327 nəfəri ilkin olaraq latent revmatik ürək xəstəliyi kimi qiymətləndirilmiş, onların 926 nəfəri exokardioqrafiya ilə təsdiq edilmiş və tədqiqat üçün seçilmişdir. Kontrol qrupu üçün 916 pasient randomizasiya edilmişdir. 818 iştirakçı müalicə üçün tədqiqata daxil edildi və 799 nəfəri sınağı tamamladı. Nəzarət qrupundan 33 ( 8.2%) iştirakçı ilə müqayisədə, profilaktika qrupunda 3 (0.8%) iştirakçının 2 il ərzində exokardioqrafik təqibi olunub. Profilaktika qrupunda 2 iştirakçıda yüngül anafilaktik reaksiya daxil olmaqla, profilaktik müalicənin dayandırılması kimi ciddi əlavə təsirlərə məruz qalmışdır.
Yekun. Latent revmatik xəstəliyi olan 5-17 yaşlı uşaq və yeniyetmələr arasında, ikincili antibiotik profilaktikasının aparılması 2 il müddətində xəstəliyin irəliləməsini azaldır. Amma əlavə tədqiqata ehtiyac vardır.
Geri