Tədbirlər

Hörmətli AKCİB İdarə Heyətinin Üzvlərivə İşçi Qrup Rəhbərləri! Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) Sizi sözügedən Cəmiyyətinnövbəti aylıqtoplantısında iştirak etməyə dəvət edir.

11.10.2021

TOPLANTININ PROQRAMI

1. Tarix:14 oktyabr 2021


2. Zaman: saat: 16:30


3. Keçiriləcək ünvan: Bakı şəhəri,Yasamal rayonu,Tbilisi prospekti 35, ASK plaza,4-cü mərtəbə - "Servye Azərbaycan MMC" - nin ofisi.


4.Toplantının gündəliyi:

4.1.AKC-nin İllik Fəaliyyət Planına uyğun olaraq 12 noyabr 2021-ci il tarixdə keçiriləcək "Viziualizasiya" İşçi Qrupların ortaq aylıq vebinar - online konfransın təşkili haqqında.

4.2. AKC-nin İllik Fəaliyyət Planına uyğun olaraq 17-18 dekabr 2021-ci il tarixdə keçirilməsi planlaşdırılan X Milli Konqres Proqramın müzakirə və qəbul edilməsi.

4.3.AKC-nin İllik Fəaliyyət Planına uyğun olaraq 17-18 dekabr 2021-ci il tarixdə keçirilməsi planlaşdırılan X Milli Konqresin təşkili haqqında.

4.4.AKC Nizamnaməsinin 6.11. bəndinə müvafiq olaraq növbəti iki il üçün (2022-2023) AKC Sədrliyinə namizədlərin verilməsi, Seçki Komissiyasının yaradılması və Konqres çərçivəsində seçkinin həyata keçirilməsi haqqında.

4.5.  AKC Nizamnaməsinin 6.4. bəndinə müvafiq olaraq T.ü.f.d.Dr.Yasmin Rüstəmovanın AKC İdarə Heyətinin üzvü və Sədrin xarici əlaqələr üzrə müavini, habelə T.e.d.Dr.Sona Qəhrəmanova,T.e.d.Dr.Gülnaz Dadaşova və Dr.Fuad Səmədovun AKC İdarəHeyətinin üzvü olması haqqında.

4.6. Digər məsələlər.


Diqqətinizə görə minnətdarıq.  

Azərbaycan Kardiologiya Cəmiyyətinin əlaqə nömrəsi

(050) 207-09-45