Tədbirlər

Hörmətli Həmkarlar! Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) Nizamnaməsinin 6.11. bəndinə müvafiq olaraq AKCİB-i İdarə Heyətinin 14 oktyabr 2021-ci il tarixli 4 saylı iclas protokoluna əsasən İdarə Heyətinin üzvləri T.e.d.Dr.Elman Ələkbərov və T.ü.f.d.Dr.Üzeyir Rəhimovun2022-2023-cü illər üzrə AKCİB-nin sədri vəzifəsinə namizədlikləri irəli sürülmüşdür.

27.10.2021

Sədr seçkisi X Milli Yubiley Konqresi çərçivəsində həyata keçiriləcəkdir.Namizədlər haqqında məlumatlar Sizə təqdim edilir.Sədr seçkisində fəal olacağınıza ümid edirik.

 

Hörmətlə:
Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri: Prof.İsax Mustafayev 
Azərbaycan Kardiologiya Cəmiyyətinin əlaqə nömrəsi: (050) 207-09-45

 

AKC sədrliyinə namizədlər haqqında məlumat-2022-2023.
Namizədlər haqqında ətraflı məlumat əldə etmək üçün namizədin adının və ya fotosunun üzərinə klik edin.  

T.e.d.Dr. Elman Ələkbərov
T.ü.f.d.Dr. Üzeyir Rəhimov