Tədbirlər

Hörmətli Azərbaycan Kardiologiya Cəmiyyətinin Üzvləri!

13.12.2021

Azərbaycan Kardiologiya Cəmiyyəti 18 dekabr 2021-ci il tarixdə, saat 10:00-17:00 dək Bakı şəhəri, Bakı Konqres Mərkəzində (ünvan:Təbriz küç.130) keçirəcəyi X Milli Yubiley Konqres çərçivəsində növbəti iki il üçün (2022-2023) AKC İdarə Heyəti Sədrinin seçkisi ilə birlikdə İdarə Heyətinin üzvlərinin seçkisini də keçirəcəkdir.

İdarə Heyəti üzvlərinin seçkisi zamanı hər bir seçici etimad etdiyi maksimum 12 namizədin qarşısında "+" işarəsi qoymaqla səs verə bilər. 12 nəfərdən artıq işarə edilmiş bülletenlər etibarsız sayılacaq.İdarə Heyəti üzvlüyünə namizədlərin məlumatları ilə pdf siyahıda tanış olun. Siyahıya baxmaq üçün linkə daxil olun.

Sizi hər iki seçkinin səsverməsində aktiv iştirak etməyə dəvət edirik. 

 

 

Hörmətlə,

Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri: Prof.İsax Mustafayev.

 

Diqqətinizə görə minnətdarıq. 

AKC-nin əlaqə nömrəsi: 050 207-09-45