Tədbirlər

Hörmətli AKC üzvləri. Məlumat üçün bildiririk ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin nəzdində 14 İşçi Qrupu fəaliyyət gəstərəcək. Bu İşçi Qruplarının fəaliyyəti aşağıdakılardan ibarət olacaq.

24.01.2022

Hörmətli AKC üzvləri.     

Məlumat üçün bildiririk ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin nəzdində 14 İşçi Qrupu fəaliyyət gəstərəcək. Bu İşçi Qruplarının fəaliyyəti aşağıdakılardan ibarət olacaq.

1. Konqres, konfrans və vebinarların təşkilində iştirak etmək.

2. AKC İdarə Heyəti tərəfindən uyğun görülən kursların keçirilməsini təmin etmək.

3. AKC-nin nəzdində elmi çalışmalar aparmaq.

4. Avropa Kardiologiya Cəmiyyəti, beynəlxalq və digər dünya ölkələri cəmiyyətləriylə yaxın əlaqədə olmaq, bu cəmiyyətlərlə ortaq tədbirlərin təkil edilməsində aktiv rol almaq.

5. AKC İşçi Qrupların layihələrinə dəstək vermək.

6. Bu sahə üzrə yenilikləri özündə ehtiva edən bülletenlər hazırlamaq.

7. Bu sahə üzrə elmi-rəhbər tövsiyyələri Azərbaycan dilinə tərcümə etmək

8. Bölgələrdəki üzvlərimizin də bu çalışmalarda aktiv olamalarını istərdik.

Bir şəxs birdən çox işçi qrupun tərkibində fəaliyyət göstərə bilər.

Qrup üzvlərindən bir nəfər İdarə Heyəti tərəfindən qrupun sədri olaraq seçiləcəkdir. 


AKC-nin Sədri: T.ü.f.d.Dr.Üzeyir Rəhimov