AKC-nin 6-cı Milli konqresində qeydiyyatdan keçən iştirakçıların sayı 500 nəfərdən çox olmuşdur. Bu ilki kongresə Azərbaycanla yanaşı daha 8 ölkədən, Türkiyə, Rusiya, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstandan kardiologiyanın müxtəlif sahələrində çalışan mütəxəsislər qatılmışdır.
Konqresin ilk günü gənc kardioloqlar və rezidentlər üçün Kardiopulmonar Resusitasiya kursu, Ürəyin anatomiyası kursu, EKQ kursu təşkil edilmişdir.
Konqresə təqdim olunan mövzular əsasən kardiologiyanın müxtəlif sahələrini əhatə etsədə, ürək cərrahiyyəsi , endokrinoligiya, nevrologiyanın bəzi aspektləri diqqətdən kənar qalmamışdır.
Kongresdə bir sira yeniliklər haqqında məlumatlar verildi. Belə ki, Dr.Firdovsi İbrahimovun çıxışında 2018 –ci ildə Tükkiyədə başlanacaq MINOCA ( Myocardial Infarction with Non-Obstructive Coronary Arteries) adlı böyk tədqiqata Azərbaycan klinikaları və həkimlərinin qatılmağ imkanının olacağı haqqında məlumat verildi.
Konqresin açılış mərasimində son iki ildə görülmüş işlər haqqında AKC-nin sədri ATU-nin dosentı Fərid Əliyev ətraflı çıxış etdi . Avropa Kardiologiya cəmiyyətindən dəvət olunmuş (ESC)-nin hazırda vitse prezidenti və gələcək prezidenti, Almaniyanın Erlangen-Nuremberg universitetinin professoru Stephan Achenbach dolğun məruzə ilə tədbir iştirakçılarına ESC rəhbərliyi adından bu əlamətdar gün münasibətilə təbrik etdi və xüsusilə AKC-nın ildə bir dəfə Milli kongresinin Avropa standartlarına tam utğun təşkil olunmasının mühüm hadisə olduğunu vurğuladı.
AKC-nin 2011-ci ildə Parisdə Avropa kardiologiya cəmiyyətinin (ESC) bərabər hüquqlu üzv qəbulundan sonra ənənəvi olaraq hər iki ildən bir cəmiyyətin sədr seçkisi bu dəfə də aparıldı. Seçki prosesi 2 dekabrda saat 9-dan 16-ya kimi AKC-nin seçki komisiyası tərəfindən , müşahidəçilərin iştirakı ilə keçirildi. Seckidə AKC-nin 476 üzvündən 345 nəfər aktiv iştirak etdi. Sədrliyə namizəd 2 nəfər arasında səs çoxluğu ilə Akad.C.Abdullayev adına ET kardiologiya institutunun böyük elmi işçisi, t.e.d., professor Tofiq Cahangirov növbəti 2 il üçün cəmiyyətin sədri seçildı.
Bu ilki kongress çərçıvəsində olan yeniliklərdən biridə İpək Yolu Aritmiya Cəmiyyətinin simpoziumunun keçirilməsi oldu, simpoziumda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstandan gəlmış qonaqlar da iştirak və çıxış etdilər.
Konqres çərçıvəsində bir neçə Satellit simpoziumlar keçirildi ki, bu simpoziumların biri Dünya Ürək Çatışmazlığı cəmiyyətinin prezidenti, professor Mehdi Zoghinin çıxışı ilə yadda qaldı. O, 2018-ci il iyunun 21-24-də Dünya Ürək Çatışmazlığı cəmiyyətinin 6-cı beynalxaq kongresinin Bakı şəhərində keçiriləcəyi ilə bağlı kongres iştirakçılarını təbrik etdi və konqresin işində aktiv iştirak etməyə çağırdı.
Kongres çərçivəsində ğənc kardioloqlar arasında mərhum kardioloq Əli Əkbərovun xatirəsinə həsr olunmuş müsabiqə keçirildı və müsabiqənin qalıbı Dr.Günel Qafarlı elan edildi.
Dekabrın 3-də günün ikinci yarısında Milli kongres öz işinə yekun vurdu.