Tədbirlər

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) Sizi sözügedən Cəmiyyətin növbəti aylıq toplantısında iştirak etməyə dəvət edir.

19.04.2018

Hörmətli AKCIB İdarə Heyətinin Üzvləri və İşçi Qrup Rəhbərləri!

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) Sizi sözügedən Cəmiyyətinnövbəti aylıq toplantısında iştirak etməyə dəvət edir. 

TOPLANTININ PROQRAMI

  1. Tarix: 24 aprel 2018
  2. Keçiriləcək ünvan:Bakı şəhəri,N.Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi,101A. Akademik C.Abdullayev adına ETKİ, 1-ci mərtəbə, konfrans zalı.
  3. Zaman: saat: 17:30
  4. Toplantının gündəliyi:

    4.1 AKCİB nəzdində ``Kardioprofilaktika və reabilitasiya`` İşçi Qrupunun yaradılması haqqında.
    4.2 AKCİB tərəfindən ExoKQ kursunun təşkili.
    4.3 AKCİB aylıq konfransların Davamlı Tibb Təhsili balları ilə Sertifikatlaşdırılmasının nəticələri haqqında.
    4.4 AKCİB 12 may tarixində Sabirabad bölgəsində keçiriləcək səyyari konfransın təşkili haqqında.
    4.5 AKC və Dünya Ürək Çatışmazlığı Cəmiyyətinin (WHFS) birgə Elmi Konqresin təşkili və akkreditasiya olunması.
    4.6 AKC-nin keçirəcəyi elmi tədbirlərin təşkilinə nəzarət qrupunun yaradılması və cavabdehliklərin müəyyən edilməsi.
    4.7 AKC-nin ``Rəhbər Tövsiyyələri``-nin(Guideline) Azərbaycan dilində hazırlanması.


Diqqətinizə görə minnətdarıq. 

AKCİB-nin ofis meneceri:  Kamil Məmmədov

(050) 207-09-45