Tədbirlər

Dəyərli Həmkarlar, 29 noyabr - 01 dekabr 2018 tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin VII Milli Konqresi Bakı şəhərində Konqres Mərkəzində baş tutdu.

28.12.2018
Dəyərli Həmkarlar,
29 noyabr - 01 dekabr 2018 tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin VII Milli Konqresi Bakı şəhərində Konqres Mərkəzində baş tutdu. Bu ilki Milli Konqresimiz öz məhsuldarlığı ilə yadda qaldı. Belə ki, konqresin ilkgünü gənc kardioloq və rezistentlər üçün ET kardiologiya institutunda - elektrokardioqrafiya kursu, ATU-nin terapevtik klinikasında - Exokardioqrafiya kursu , MKX-da təşkil olunmuş ürəyin anatomiyası kursunun keçirilməsi ilə işə başladı. Növbəti günlər Ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsini əhatə edən bir-birindən dəyərli çıxışlarla yadda qaldı. Konqresdə Azərbaycan alimləri ilə yanaşı Avropa, Rusiya, Türkiyə, Qırğızıstan, Türkmənistandan gəlmiş 15 professorun çıxışları dinlənildi, geniş elmi diskusiyalar aparıldı. Konqresin işində AKC-nin 600-dən artıq üzvü iştirak etdi. Kongres çərçivəsində eləcədə Əli Əkbərovun xatirəsinə həst olunmuş Gənc kardioloqlar arasında kliniki hal yarışması aparıldı və I yerə ATU-nin terapevtik
klinikasından Sevinc Əliyevanın təqdim etdiyi kliniki hal layiq görüldü. Qalıbə 2019-cu il Avropa Kardiologiya Cəmiyyətinin Parısdə keçiriləcək konqresdə iştirak
hüququ verən sertifikat təqdim olundu. Konqresə göndərilmiş tezislər Azərbaycan Kardiologiya Jurnalının növbəti sayında xususi buraxılış şəklində çap olunacaq.
Konqresin iştirakçılarına Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən 18 kredit balı verildi. 01 dekabr 2018 -ci il tarixdə axşam saatlarında konqresin bağlanış mərasimi keçirildı. Konqresin işindəki fəaliyyətinizə görə öz adımdan, eləcədə AKC-nin idarə heyəti adından minnətdarlığımı bildirir, növbəti konqreslərdə görüşmək arzusuyla
 
Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Prof.Dr. Tofiq Cahangirov