Tədbirlər

Hörmətli AKCIB İdarə Heyətinin Üzvləri və İşçi Qrup Rəhbərləri! Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) Sizi sözügedən Cəmiyyətin növbəti aylıq toplantısında iştirak etməyə dəvət edir.

24.10.2019

TOPLANTININ PROQRAMI

 

1. Tarix: 30 oktyabr 2019

2. Keçiriləcək ünvan:Bakı şəhəri,N.Nərimanov rayonu, Fətəli Xan Xoyski, 101A. Akademik C.Abdullayev adına ETKİ, 1-ci mərtəbə, konfrans zalı.

3. Zaman: saat: 18:00

4. Toplantının gündəliyi:

4.1.AKC-nin VIII Milli Konqresi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr.

4.2. AKC Nizamnaməsinin 6.11. bəndinə uyğun olaraq növbəti 2020-2021-ci illər üzrə AKC Sədrliyinə namizədlərin verilməsi.

4.3. AKC Nizamnaməsinin 6.11. bəndinə uyğun olaraq növbəti 2020-2021-ci illər üzrə AKC Sədrliyinin seçkisini keçirmək üçün Seçki Kommisiyasının təsis edilməsi.

4.4. AKC Nizamnaməsinin 5.10.bəndinə üyğun olaraq 2015-ci il üzrə borclu olan (13 nəfər), habelə heç bir ödəniş etməyənlərin (15 nəfər) Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətləri üzvülüyündə qalıb-qalmaması məsələsi.


Diqqətinizə görə minnətdarıq.

Azərbaycan Kardiologiya Cəmiyyətinin əlaqə nömrəsi 
(050) 207-09-45