Tədbirlər

Azərbaycan Kardiologiya Cəmiyyətinin IX Milli Konqresi üçün Tezislərin yazılış forması.

01.12.2020

1. Tezisin həcmi- 1 səhifə (A4), üst, alt, sağ və soldan boşluq sahələri - 3 sm

2. Şrift - Times New Roman -. 12 mm 1 sətrlik interval ilə.

3. Tezislərə redaksiyada düzəliş edilməyəcəkdir.

4. Tezisin forması - mövzunun adı- böyük hərflərlə, yeni sətrdən - müəlliflərin soyadı və inisialları, yeni sətrdən - müəssisə, şəhər, ölkə.

5. Tezislərin formasında aşağıdakılar əks olunmalıdır: Məqsəd, tədqiqat üsulları, əldə edilmiş nəticələr, yekun. Tezislərin mətnində ədəbiyyat mənbələrinə istinad kimi sxemlər, şəkillər, verilməməlidir.

6. Tezislər yalnız Word formatında elektron ünvanında qəbul edilir: azkardio2020@gmail.com

7. DİQQƏT! Tezislə birlikdə əlaqələndirici şəxs haqqında məlumat (tezisin adı, müəlliflər, təşkilat, şəhər, ölkə, ünvan, telefon, e-mail) ilə bir ayri fayl göndərmək lazımdır .

8. DİQQƏT! Tezislər dekabrın 10-dəkTəşkilat Komitəsinə göndərilməlidir. Tezislərin nəşrı müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilir və yalnız müsbət rəy olduğu halda  dərc üçün qəbul edilir. Tərtibatın nəticələri müəlliflərin diqqətinə çatdırılır.

Tezislər Azərbaycan və İngilis dillərində qəbul olunur.