Tədbirlər

Azərbaycan Kardiologiya Cəmiyyətinin IX Milli Konqresinə qeydiyyatın aparılması.

09.12.2020

KONQRESİN PROQRAMI

1.Tarix: 19-20 dekabr 2020-ci il.

2. Elmi tədbirin keçirilmə forması: webinar-online formatında.

3. Elmi tədbirdə qeydiyyat forması:

3.1. Ad, soyad və ata adı (və yaxud ata adının baş hərfi).

3.2.Şəxsiyyət vəsiqəsinin nömrəsi: AA 1234568 (və ya Seriya AZE N14586157)

3.3. Elektron ünvanı (e-mail).

Qeyd 1: Hər bir qeydiyyatçı öz elektron ünvanından istifadə etməlidir. Yaxınlarının elektron ünvanından istifadə etmək qəbuledilməzdir. Balların alınmasında düzgün və işlək elekton ünvanının olması önəmlidir. Odur ki, Konqresə qədər olan vaxtdan istifadə edərək elektron ünvanı olmayan və yaxud elektron ünvanı aktiv olmayan üzvlərdən xahişolunur ki, bu məsələni vaxtında həll etsinlər.

3.4. Qeydiyyat zamanı istifadə ediləck link üç dildə verilmişdir və qeydiyyat www.akc.az saytında aparılır.

https://akc.ceo.az/registration-az

https://akc.ceo.az/registration-en

https://akc.ceo.az/registration-ru

Qeyd 2: Qeydiyyat şifrəsi bölümünə Sizə uyğun gələn istənilən şifrəni yaza bilərsiniz.

Qeyd 3: Konqresə qatılmaq üçün lazım olan link Təşkilat Komitəsi tərəfindən qeydiyyatdan keçən dinləyicilərin elektron ünvanına göndəriləcəkdir.


Diqqətinizə görə minnətdarıq.

AKC-nin əlaqə nömrəsi: 050 207-09-45