Tədbirlər

Hörmətli Həmkarlar! Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) Sizi sözügedən Cəmiyyətin "Xroniki ürək çatışmazlığının müalicəsində yeni (2021) konsepsiya.", "Ürək çatışmazlığı müalicəsində yeni üfüqlər:natrium-qlükoza kotransporter 2 inhibitorları ilə aparılan son tədqiqatların nəticələri." və "Ürək çatışmazlığının və anemiyalı xəstələrin müalicəsində yeniliklər: "AFFİRM AHF" tədqiqatı." mövzularında vebinar-online formatda keçirdiyi elmi tədbirə qatılmağa dəvət edir.

13.04.2021

TƏDBİRİN PROQRAMI

1.Tarix:23aprel 2021

2. Elmi tədbirin keçirilmə forması: Vebinar-online formatda.

3.Saat: 18:30-18:45

-Giriş sözüProf. İsax Mustafayev Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri.

4. Saat: 18:45 – 19:30
Mövzu 1: "Xroniki ürək çatışmazlığının müalicəsində yeni (2021) konsepsiya." - Məruzəçi-Prof. Faiq Quliyev.

5. Saat: 19:30-20:15
Mövzu 2: "Ürək çatışmazlığı müalicəsində yeni üfüqlər:natrium-qlükoza kotransporter 2 inhibitorları ilə aparılan son tədqiqatların nəticələri." Məruzəçi-Prof.Tofiq Cahangirov.

6. Saat: 20:15 - 21:00
Mövzu 3: “Ürək çatışmazlığının  və anemiyalı xəstələrin müalicəsində yeniliklər: "AFFİRM AHF" tədqiqatı." Məruzəçi-Dos. Kəmalə Zahidova.

7.Saat: 21:00 – 21:45– Müzakirələr.
Qeyd 1: Konfransa Microsoft Teams proqramını yükləməklə aşağıdakı link vasitəsilə qatılmaq mümkündür:
Linkin qısa versiyası:https://goo.su/4NSe

Qeyd 2:
AKC-nin vebinar-online konfranslarına qatılan iştirakçılardan xahiş olunur ki, qeydiyyat zamanı sənəddə olduğu kimi SOYAD, AD və ATA adının Azərbaycan dilində tam və dügün yazılması mütləqdir, əks təqdirdə Səhiyyə Nazirliyinin həmin tədbir üçün nəzərdə tutduğu kredit balı, habelə Baş Sponsor tərəfindən verilən iştirak haqqında Sertifikatın onlara şamil edilməsi mümkün olmayacaq.


Diqqətinizə görə minnətdarıq.
AKC-nin əlaqə nömrəsi: 050 207-09-45