Tədbirlər

Hörmətli Həmkarlar! Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) Sizi sözügedən Cəmiyyətin "Pulmonar arterial hipertenziyanın epidemiologiyası","Pulmonar arterial hipertenziyanın diaqnostikası və təqibində exokardioqrafiyanın rolu" və "Böyüklərdə anadangəlmə ürək qüsurlu pulmonar hipertenziyalı xəstələrə kliniki yanaşma" mövzularında vebinar-online formatda keçirdiyielmi tədbirəqatılmağa dəvət edir.

26.04.2021

TƏDBİRİN PROQRAMI

1.Tarix:07may 2021

2. Elmi tədbirin keçirilmə forması: Vebinar-online formatda.

3.Saat: 18:30-18:45
Giriş sözüProf. İsax Mustafayev Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri.

4. Saat: 18:45 – 19:15
Mövzu 1: "Pulmonar arterial hipertenziyanın epidemiologiyası." Məruzəçi-Dr. Oqtay Musayev-Azərbaycan

5. Saat: 19:15 – 20:00
Mövzu 2: "Pulmonar arterial hipertenziyanın diaqnostikası və təqibində exokardioqrafiyanın rolu." Məruzəçi-Prof.Dr. Meral Kayıkçıoğlu-Türkiyə

6. Saat: 20:00-20:45
Mövzu 3: "Böyüklərdə anadangəlmə ürək qüsurlu pulmonar hipertenziyalı xəstələrə kliniki yanaşma."Məruzəçi-Dos.Dr.Ümit Yaşar Sinan-Türkiyə

7. Saat: 20:45 - 21:30– Müzakirələr.

Qeyd 1:
Konfransa Microsoft Teams proqramını yükləməklə aşağıdakı link vasitəsilə qatılmaq mümkündür:

Linkin qısa versiyası:
https://goo.su/51kW

Qeyd 2:AKC-nin vebinar-online konfranslarına qatılan iştirakçılardan xahiş olunur ki, qeydiyyat zamanı sənəddə olduğu kimiSOYAD, AD və ATA adının Azərbaycan dilində tam və dügün yazılması mütləqdir,əks təqdirdə Səhiyyə Nazirliyinin həmin tədbir üçün nəzərdə tutduğu kredit balı,habelə Baş Sponsor tərəfindən verilən iştirak haqqında Sertifikatın onlaraşamil edilməsi mümkün olmayacaq.Diqqətinizə görə minnətdarıq.


AKC-nin əlaqə nömrəsi: 050 207-09-45