AKC-dən elmi maarifləndirici onlayn seminar!
Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə “İkincili hipertenziya” mövzusunda növbəti elmi maarifləndirici seminar keçiriləcək.
Seminarda ikincili hipertenziyadan nə zaman şübhələnmək, düzgün skrininq yanaşmaları və diqqətdən kənarda qalmamalı səbəblər ESC 2024 təlimatları əsasında müzakirə olunacaq.
Məruzəçi: Camal Mahmudov — rezident-kardioloq, Klinikum Magdeburg
Tarix: 22 oktyabr 2026-cı il
Saat: 20:00
Format: Zoom platforması
Bütün həmkarlarımızı seminarda iştirak etməyə və elmi müzakirələrə qoşulmağa dəvət edirik!
 Qoşulma linki seminar başlamazdan əvvəl paylaşılacaq.