Əsas səhifə Xəbərlər AKC 2023 Elmi Proqramı

Xəbərlər

AKC 2023 Elmi Proqramı

21-01-2023

Hörmətli AKC üzvləri !

Ürək-damar xəstəliklərinin qarşısını almağı, tibbin bu sahəsinin inkişafına töhvə verməyi özünə əsas məqsəd seçən Azərbaycan Kardiologiya Cəmiyyəti  (AKC ), bu mərama çatmaq üçün hər il elmi – praktiki tədbirlər təşkil edir. Bu elmi-praktiki tədbirlərin sirasını ilbəil zənginləşdirən AKC bu il də maraqlı və geniş elmi proqram hazırlayıb. Böyük əksəriyyəti ödənişsiz təşkil olunacaq bu tədbirləri daha da maraqlı etmək üçün AKC hər il olduğu kimi bu il də  xarici mütəxəssisləri  öz tədbirlərinə dəvət edəcək və tədbirlərin maraqlı və faydalı keçməsi üçün bütün imkanlarını səfərbər edəcəkdir. Beləliklə, 2023-cü ilin zəngin elmi proqramını sizlərə təqdim etməkdən məmnunluq duyuruq və  inanırıq ki, bu keçirəcəyimiz elmi tədbirlər vasitəsilə AKC üzvlərinin biliklərinin artırılmasına böyük töhvə vermiş olacağıq .
Proqrama buradan baxa bilərsiniz.

×