Əsas səhifə Xəbərlər MasterCourse in Heart Failure – Bakı 2025

Xəbərlər

MasterCourse in Heart Failure – Bakı 2025

01-03-2025

Hörmətli həkimlər, Azərbaycan Kardiologiya Cəmiyyəti, 30 may – 1 iyun 2025-ci il tarixlərində Bakı Marriott Bulvar Oteldə keçiriləcək MasterCourse in Heart Failure – Bakı 2025 kursuna ev sahibliyi edəcək. London Heart House və Zurich Heart House-un dəstəyi ilə təşkil olunan bu kurs, ürək çatışmazlığı sahəsində biliklərini artırmaq istəyən həkimlər üçün nəzərdə tutulub.
Bu, Azərbaycan Kardiologiya Cəmiyyətinin ev sahibliyi etdiyi ikinci beynəlxalq kursdur və biz bu ənənəni davam etdirməkdən böyük məmnunluq duyuruq. MasterCourse in Heart Failure – Bakı 2025 Avropa Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunmuşdur və iştirakçılar beynəlxalq səviyyədə tanınan davamlı tibbi təhsil (CME) kreditləri əldə edəcəklər.
Kursda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. İştirak haqqı aşağıdakı kimidir:
Xüsusi endirimli iştirak haqqı (PCHF Zurich və London məzunları üçün): 180 AZN
Ümumi iştirak haqqı: 415 AZN
Tədbir haqqında ətraflı məlumat conference.akc.az saytından əldə edə bilərsiniz. 

×