Əsas səhifə Kardiologiyada yeniliklər
Son 30 il ərzində yüksək gəlirli ölkələrdə ürək-damar xəstəliklərinin rastgəlmə sıxlığı azalsa da, epidemioloji, demoqrafik və sosial-iqtisadi dəyişikliklər səbəbindən aşağı və orta gəlirli ölkələrdə bu yük artmaqda davam edir.
Son 30 il ərzində yüksək gəlirli ölkələrdə ürək-damar xəstəliklərinin rastgəlmə sıxlığı azalsa da, epidemioloji, demoqrafik və sosial-iqtisadi dəyişikliklər səbəbindən aşağı və orta gəlirli ölkələrdə bu yük artmaqda davam edir. Kardiyovaskulyar sağlamlığın (KVS) yaxşılaşdırılması üçün primordial, birincili və ikincili profilaktika mərhələlərini əhatə edən geniş spektrli, xərc baxımından səmərəli siyasət və müdaxilələr mövcuddur.
Bu məqalədə qlobal miqyasda kardiyovaskulyar sağlamlığın inkişafını ləngidən çoxsaylı problemlər təqdim olunur. Bu problemlərə maliyyə təminatının qeyri-kafi olması, səhiyyə sisteminin zəifliyi, ilkin səhiyyə xidmətinin çatışmazlıqları, milli səhiyyə siyasətinin natamamlığı, xidmət əhatəliliyinin məhdudluğu və monitorinq-nəzarət mexanizmlərinin zəifliyi daxildir. Eyni zamanda, səhiyyə xərcləri və səhiyyə işçi qüvvəsinin potensialı ilə əlaqədar mövcud, lakin yetərincə vurğulanmayan qlobal bərabərsizliklər diqqətə çatdırılır. Bundan əlavə sağlamlığa təsir edən sosial-iqtisadi bərabərsizliklərin aradan qaldırılmasının vacibliyi, xüsusilə aşağı və orta gəlirli ölkələrdə kontekstə uyğun milli kardiyovaskulyar sağlamlıq strategiyalarının həyata keçirilməsində mövcud çətinliklərin daha detallı təhlilinin zəruriliyi vurğulanır. Nəhayət, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm hallarının 2030-cu ilə qədər üçdə bir(33%) azaldılması (Sustainable Development Goal 3.4) məqsədinə nail olmaq üçün universal səhiyyə təminatının mərhələli şəkildə həyata keçirilməsi və milli səhiyyə siyasətinin islahatı kimi uzunmüddətli, dayanıqlı strategiyalar təklif olunur.
Açar sözlər : kardiovaskulyar sağlamlıq, kardiovaskulyar xəstəlik, universal səhiyyə təminatı, ilkin səhiyyə xidməti, qeyri-infeksion xəstəliklər , sağlamlığa təsir edən sosial-iqtisadi bərabərsizliklər.