Əsas səhifə Kardiologiyada yeniliklər

Kardiologiyada yeniliklər

J.D. Gillmore, D.P. Judge, F. Cappelli, M. Fontana, P. Garcia‑Pavia, S. Gibbs,

M. Grogan, M. Hanna, J. Hoffman, A. Masri, M.S. Maurer, J. Nativi‑Nicolau,

L. Obici, S.H. Poulsen, F. Rockhold, K.B. Shah, P. Soman, J. Garg, K. Chiswell,

H. Xu, X. Cao, T. Lystig, U. Sinha, and J.C. Fox, for the ATTRibute-CM Investigators*

 

Published January 10, 2024 N Engl J Med 2024;390:132-142

DOI: 10.1056/NEJMoa2305434 VOL. 390 NO. 2 Copyright © 202

Giriş
Transtiretinə bağlı amiloid kardiomiopatiya ürəkdə yanlış qatlanmış monomerik transtiretinin (TTR) yığılması ilə xarakterizə olunur. Akoramidis tetramerik TTR-in dissosiasiyasını inhibisiya edən yüksək affinitetli TTR stabilizatorudur və ex vivo ölçmələrə əsasən dozalararası interval boyunca 90%-dən çox stabilizasiya təmin edir.

Metodlar
Bu faza 3, ikiqat kor tədqiqatda transtiretinə bağlı amiloid kardiomiopatiyası olan xəstələr 2:1 nisbətində 30 ay ərzində gündə iki dəfə 800 mq akoramidis hidroklorid və ya uyğun plasebo qəbul etmək üçün randomizasiya edildilər. Effektivlik bədən səthinin hər 1,73 m²-i üçün dəqiqədə ən azı 30 ml hesablanmış qlomerulyar filtrasiya sürəti olan xəstələrdə qiymətləndirildi. Dörd mərhələli əsas iyerarxik analiz bütün səbəblərdən ölüm, ürək-damar səbəbli hospitalizasiya, başlanğıcla müqayisədə N-terminal pro–B tip natriüretik peptid (NT-proBNP) səviyyəsində dəyişiklik və 6 dəqiqəlik yerimə məsafəsində dəyişiklikdən ibarət idi. Stratlar daxilində xəstələrin bütün mümkün cütlərini müqayisə edərək P dəyərini əldə etmək üçün Finkelstein–Schoenfeld metodundan istifadə etdik. Əsas ikincili sonlanım nöqtələri bütün səbəblərdən ölüm, 6 dəqiqəlik yerimə məsafəsi, Kansas City Kardiomiopatiya Sorğusunun Ümumi Xülasə balı və serum TTR səviyyəsi idi.

Nəticələr
Cəmi 632 xəstə randomizasiyadan keçdi. Əsas analiz akoramidisin plaseboya üstünlüyünü göstərdi (P<0,001); uyğun “win ratio” 1,8 (95% etibar intervalı [EI], 1,4–2,2) idi; cütlü müqayisələrin 63,7%-i akoramidisin, 35,9%-i isə plasebonun xeyrinə oldu. Bütün səbəblərdən ölüm və ürək-damar səbəbli hospitalizasiya birlikdə win ratio-ya töhfə verən qalibiyyət və məğlubiyyətlərin yarıdan çoxunu təşkil etdi (bütün cütlü müqayisələrin 58%-i); NT-proBNP üzrə cütlü müqayisələr qalibiyyətlərin məğlubiyyətlərə ən yüksək nisbətini göstərdi (23,3%-ə qarşı 7,0%). Mənfi hadisələrin ümumi tezliyi acoramidis və plasebo qruplarında oxşar idi (müvafiq olaraq 98,1% və 97,6%); ciddi mənfi hadisələr xəstələrin 54,6%-sında və 64,9%-sında bildirildi.

Nəticə

Transtiretinə bağlı amiloid kardiomiopatiyası olan xəstələrdə akoramidis qəbulu ölüm, xəstəlilik və funksiyanı əhatə edən dörd mərhələli əsas iyerarxik sonlanım göstəricisi baxımından plasebodan əhəmiyyətli dərəcədə üstün olmuşdur. Mənfi hadisələr iki qrupda oxşar idi. (Maliyyələşdirən: BridgeBio Pharma; ATTRibute-CM klinik tədqiqatı, ClinicalTrials.gov nömrəsi: NCT03860935.)

https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2305434

 

Tərcümə edən: Ədliyyə Baş Tibb İdarəsi kəkim-kardioloq Alıkişiyeva Arzu

×