Əsas səhifə Xəbərlər BOARD imtahanı
14-12-2024
Azərbaycan Kardiologiya Cəmiyyəti Cardiofest 2024 tədbiri çərçivəsində ilk dəfə olaraq 14.12.2024-cü il tarixində BOARD imtahanı keçirib. Dr. Fərid Əliyevin sədrliyi, Dr. Gülanə Ağayeva və Dr. Pərviz Cəfərovun kuratorluğu ilə baş tutan imtahanda 13 kardioloq həkim iştirak edib. Onlardan 7-si imtahanı uğurla keçib və yetərlilik sertifikatı ilə təltif olunub. İmtahanı müvəffəqiyyətlə keçən həkimlərə: Elnur Rəşidov, Fəxri Əmrahlı, Vüsalə Rəhimli, Nuran Əfəndi, Ellada Cəfərova, Lalə Mövsümova, Elvin Həmidov Kardiofest 2024 tədbiri çərçivəsində sertifikatlar təqdim edilib. BOARD imtahanının mütəmadi olaraq keçirilməsi planlaşdırıldığı və bu prosesin kardioloqların bilik və bacarıqlarının inkişafına töhfə verməyə davam edəcəyi bildirilib.
Azərbaycan Kardiologiya Cəmiyyəti olaraq bütün iştirakçılara təşəkkür edir, uğur qazanan həkimləri təbrik edirik!