08-09-2025
29 avqust – 1 sentyabr 2025-ci il tarixlərində Avropanın ən böyük kardiologiya tədbiri – ESC Congress 2025 – Madrid baş tutdu. Dünyanın dörd bir yanından minlərlə mütəxəssisi bir araya gətirən bu möhtəşəm konqres ürək-damar sağlamlığı sahəsində ən son elmi yeniliklərin müzakirəsinə və təcrübə mübadiləsinə geniş imkan yaratdı.
30 avqust 2025-ci il tarixində konqres çərçivəsində Azərbaycan stendində “Get Together” tədbiri keçirildi. Tədbir bir çox ölkələrdən görkəmli alim və professorların iştirakı ilə baş tutdu və elmi əməkdaşlıq, təcrübə mübadiləsi və beynəlxalq tərəfdaşlıq imkanlarının müzakirəsinə geniş imkan yaratdı.
Tədbirin qonaqları sırasında aşağıdakı tanınmış elm xadimləri iştirak etdi:
Prof. Çetin Erol (Türkiyə)
Prof. Gani Bajraktari (Kosovo)
Prof. Zviad Kipiani (Gürcüstan)
Prof. Michael Henien (ABŞ)
Prof. Sekib Sokolovic (Bosniya)
Prof. Zumreta Kusljugic (Bosniya)
Prof. Muzaffer Değertekin (Türkiyə)
Prof. Necla Özer (Türkiyə)
Prof. Barış Güngör (Türkiyə)
Prof. Lale Tokgözoğlu (Türkiyə)
Prof. Carlos Aguiar (ESC başkan yardımcısı)
Prof. Mehdi Zoghi (Türkiyə)
Prof. Oktay Ergene (Türkiyə)
Prof. Cihangir Kaymaz (Türkiyə)
Prof. Hani Mahmoud Elsayed (Misir)
Prof. Hatem Soliman (Böyük Britaniya)
Prof. Christophe Leclercq (Fransa)
Prof. Erkin Mirrakhimov (Qırğızıstan)
Prof. Yuri Lopatin (Rusiya)
Prof. Massimo Piepoli (İtaliya)
Prof. Çağlar Emre Çağlayan (Türkiyə)
Prof. Bülent Mutlu (Türkiyə)
Prof. Cem Barçın (Türkiyə)
Prof. Edip Gürol (ABŞ)
Prof. Bahram Kadırov (Türkmənistan)
Prof. Sadi Güleç (Türkiyə)
Prof. Özcan Başaran (Türkiyə)
Prof. Sümeyye Güllülü (Türkiyə)
Prof. Mehmet Akbulut (Türkiyə)
Azərbaycan stendində keçirilən tədbir beynəlxalq elmi ictimaiyyətin nümayəndələrinin bir araya gəlməsi, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan mədəniyyətinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdı.
Konqresin sonuncu günü – 1 sentyabr 2025-ci il tarixində İspaniyanın hörmətli Kralı Felipe VI tədbirə xüsusi rəng qatdı. Qapanış mərasimi çərçivəsində ESC-nin prezidenti Tomas Lüscher, Səhiyyə Naziri Mónica García Gómez və Kral Felipe VI çıxış edərək konqresin elmi nailiyyətlərini və kardioloqların fədakar işini yüksək qiymətləndirdilər.
Möhtərəm Kral Felipe VI dünya kardioloqlarına müraciət edərək onların cəmiyyət üçün rolunu vurğuladı. O, həkimlərin xəstəliklərlə mübarizədə ön cəbhədə dayandıqlarını, istedad və fədakarlıqları ilə bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıdıqlarını qeyd etdi. Sağlam həyat tərzinin təşviqi və profilaktikanın gücləndirilməsinin məhz onların səyləri sayəsində mümkün olduğunu bildirən kral, həkimlərin məsləhətlərinin daha məsuliyyətli, məlumatlı və dayanıqlı bir cəmiyyətin formalaşmasına xidmət etdiyini söylədi. O, həkimlərin öz peşəsinə sədaqətini, daim öyrənməyə və elmi irəlilətməyə çalışmasını böyük dəyər kimi qiymətləndirdi. Ali Kralın sözlərinə görə, onların nailiyyətləri və kəşfləri elmin inkişafına təsir edir və dünyanın daha yaxşı bir mühitə çevrilməsinə töhfə verir.
Beləliklə, Madrid konqresi yalnız elmi tərəqqi ilə deyil, həm də həkimlərin fədakar əməyi və bəşəriyyətə xidmət missiyasının bir daha təsdiqi ilə yadda qaldı.