07-07-2026
Kardiak cihazlar haqında:Bilməli olduqlarımız
Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupu tərəfindən təşkil olunan növbəti onlayn tədris seminarı 10 iyul 2026-cı il tarixində saat 20:00-da keçiriləcək.
Seminarın mövzusu “Kardiak cihazlar haqqında bilməli olduqlarımız” mövzusu olacaq. Təqdimat kardioloq və aritmoloq Şəhla Paşazadə tərəfindən aparılacaq.
Tədbir çərçivəsində kardiak cihazların müasir diaqnostik və müalicə prinsipləri, klinik yanaşmalar, eləcə də gündəlik praktikada rast gəlinən aktual məsələlər müzakirə ediləcək. Seminarın əsas məqsədi gənc həkimlərin və rezidentlərin peşəkar biliklərinin artırılmasına, elmi-praktik təcrübə mübadiləsinin təşviqinə və müasir kardioloji yanaşmaların paylaşılmasına töhfə verməkdir.
Qoşulma linki seminar başlamazdan əvvəl Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən rəsmi informasiya kanalları vasitəsilə paylaşılacaq.Bütün maraqlanan həkimlər, rezidentlər və tibb ictimaiyyətinin nümayəndələri seminarda iştirak etməyə dəvət olunur.