Əsas səhifə Xəbərlər Lənkəran regional konfransı 11 Mart 2023

Xəbərlər

Lənkəran regional konfransı 11 Mart 2023

13-03-2023

Azərbaycan Kardiologiya Cəmiyyətinin İllik Fəaliyyət planına əsasən 10,11 Mart tarixində Lənkəran şəhərində növbəti regional tədbiri keçirilmişdir. Tədbirin ilk günü "Kliniki hallar ilə interaktiv EKQ kursu " keçirilmişdir. 11 Mart tarixində isə müxtəlif mövzularda çıxışlar baş tutmuşdur. Ödənişsiz keçirilən Lənkəran regional toplantısında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin dəstəyi ilə Təcili yardım, Qəbul şöbələrinin həkimləri də aktiv iştirak etmişlər. Ümumilikdə 80-dən çox həkimin iştirakı ilə keçirilən Lənkəran regional toplantısı uğurla başa çatmışdır. Azərbaycan Kardiologiya Cəmiyyəti gələcəkdə də region həkimlərinin elmi-praktiki biliklərinin artırılması məqsədi ilə bu tədbirlərin davamlı keçirilməsini planlaşdırır.

×