Əsas səhifə Xəbərlər Master Course in Heart Failure Sofia – 2026

Xəbərlər

Master Course in Heart Failure Sofia – 2026

01-09-2026

Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvlərinin diqqətinə!

Bolqarıstan Kardiologiya Cəmiyyətinin (Bulgarian Society of Cardiology – BSC) təşkilatçılığı ilə “Master Course in Heart Failure Sofia – 2026” beynəlxalq tədris kursu 19–21 noyabr 2026-cı il tarixlərində Grand Hotel Millennium Sofia, Sofiya, Bolqarıstanda keçiriləcək.

Qeyd olunan tədbir European Society of Cardiology (ESC)Heart Failure Association of the ESC (HFA) tərəfindən rəsmi olaraq dəstəklənir.

Ürək çatışmazlığı sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin iştirakı ilə keçiriləcək kurs kardiologiya və ürək-damar xəstəlikləri üzrə çalışan mütəxəssislər üçün ürək çatışmazlığının müasir diaqnostikası, müalicəsi və idarə olunmasına dair aktual elmi məlumatların və praktiki yanaşmaların əldə edilməsi baxımından mühüm təhsil imkanıdır.

Tədbirin elmi proqramı, iştirak şərtləri və digər ətraflı məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://cmebg.com/en/sabitia/master-course-in-heart-failure/

Master Course in Heart Failure Sofia – Ətraflı məlumat və elmi proqram

Azərbaycan Kardiologiya Cəmiyyəti bütün həmkarlarını bu nüfuzlu beynəlxalq təhsil tədbirində iştirak etməyə dəvət edir.

×