Əsas səhifə Xəbərlər "May Measurement Month" beynəlxalq arterial hipertenziya monitorinqi

Xəbərlər

"May Measurement Month" beynəlxalq arterial hipertenziya monitorinqi

10-05-2023

Dünyada 17 May Beynəlxalq Hipertenziya Gününə həsr olunmuş "May Measurement Month" beynəlxalq arterial hipertenziya monitorinqi keçirilir. Ötən ildən etibarən Azərbaycan da bu aksiyaya qoşulan ölkələr sırasındadır. Belə ki, bu aksiyanın məqsədi 18+ yaş qrup əhalinin təzyiqləri haqda məlumatları tədqiqat bazasına toplamaqdır. Bu  mühüm işi yerinə yetirmək üçün 20 nəfər həkim tələb olunur. 1.5 ay ərzində (may və iyun ayının yarısına qədər) müxtəlif vaxtlarda (keçirilmə vaxtı sizinlə razılaşdırılacaq) aksiyalar ictimai yerlərdə keçiriləcək (tədris ocaqları, böyük ticarət mərkəzləri və s). Həkimlərə yardım etmək üçün gənc tələbə könüllülər də cəlb olunacaq. Aksiyada iştirakla bağlı haqq nəzərdə tutulmasa da, AKC İB aksiyada iştirak edecek 20 nəfər həkimin növbəti ödənişli əsaslarla keçirilən  konqresdə iştiraklarını pulsuz təmin edəcək. İştirak etmək istəyən həkimlərimizdən xahiş edirik 050 2070945 nömrəsinə şəxsiyə adlarını bildirsinlər.

×