Əsas səhifə Xəbərlər Gəncə Regional İclası

Xəbərlər

Gəncə Regional İclası

04-05-2026

2 may 2026-cı il tarixində Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə Regional İclası” uğurla keçirilmişdir.

Tədbirin əsas məqsədi bölgələrdə fəaliyyət göstərən həkimlərin kardiologiya sahəsində bilik və bacarıqlarının artırılması, müasir diaqnostika və müalicə yanaşmalarının paylaşılması, eləcə də tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə dəstək vermək olmuşdur.

İclasda ölkənin müxtəlif regionlarından olan həkimlər – kardioloqlar, terapevtlər və endokrinoloqlar iştirak etmiş, proqram çərçivəsində aktual mövzular üzrə elmi məruzələr təqdim olunmuş, klinik halların interaktiv müzakirələri aparılmışdır. Tədbirdə Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə yanaşı, Kəmalə Ağayeva (Respublika Endokrinoloji Mərkəzin rəhbəri) və həmin mərkəzdən dəvət olunmuş həkimlər də məruzələrlə çıxış etmişlər.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və peşəkar fikir mübadiləsi üçün səmərəli platforma rolunu oynamışdır.

Azərbaycan Kardiologiya Cəmiyyəti gələcəkdə də regionlarda bu kimi elmi-praktik tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.

 

 

×