Əsas səhifə Tədbirlər Elektrokardioqrfiya kursu Şəki

Elektrokardioqrfiya kursu Şəki

Elektrokardioqrfiya kursu Şəki

Məkan: Şəki, Marxal HotelTarix: 29–31 may 2026

Azərbaycan Kardiologiya Cəmiyyətinin Aritmiya İşçi Qrupunun təşəbbüsü ilə 29–31 may 2026-cı il tarixlərində Şəki şəhərində Elektrokardioqramma (EKQ) kursu keçiriləcəkdir. Kursun əsas məqsədi həkimlərin elektrokardioqrafiya sahəsində nəzəri və praktik biliklərinin artırılmasıdır. Təlim proqramı çərçivəsində EKQ-nin əsasları, interpretasiya qaydaları və klinik yanaşmalar üzrə müzakirələr aparılacaqdır.

Kurs Şəki şəhərində yerləşən Marxal Hotel-də təşkil olunacaqdır. Təlim yalnız Şəki və ətraf regionlardan olan həkimlər üçün nəzərdə tutulmuşdur. İştirak ödənişsizdir.

Kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14 DTT kredit balı ilə akkreditasiya olunmuşdur. Qeyd edək ki, iştirakçı sayı məhduddur.

Qeydiyyat üçün: 055 911 68 08

×