Əsas səhifə Tədbirlər Ürək Çatışmazlığında Kardiak KT Kursu

Ürək Çatışmazlığında Kardiak KT Kursu

Ürək Çatışmazlığında Kardiak KT Kursu

Məkan: Mərkəzi KlinikaTarix: 11 iyun 2026

Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək V Ürək Çatışmazlığında Yeniliklər Konqresi çərçivəsində 11 iyun 2026-cı il tarixində “Ürək Çatışmazlığında Kardiak KT Kursu” təşkil olunacaqdır. Kurs ürək çatışmazlığı olan xəstələrdə kardiak kompüter tomoqrafiyasının tətbiqi və görüntüləmə yanaşmalarını əhatə edəcəkdir.

Təlim yarım günlük praktiki kurs formatında keçiriləcəkdir. Kursun direktorları Gülşən Süleymanova və Şəfəq Mustafayevadır.

Saat: 14:00 – 18:00

Kurs kardioloqlar, ürək yetməzliyi üzrə mütəxəssislər, kardiak görüntüləmə üzrə həkimlər, invension kardioloqlar və struktur ürək müdaxilələri ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Kurslarda iştirak ödənişli olub, iştirak haqqı 100 AZN təşkil edir. Təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaqdır.

 Qeydiyyat üçün: +994 50 207 09 45

×