Əsas səhifə Tədbirlər Ürək Çatışmazlığında Kardiak MRT Kursu

Ürək Çatışmazlığında Kardiak MRT Kursu

Ürək Çatışmazlığında Kardiak MRT Kursu

Məkan: Universal HospitalTarix: 11 iyun 2026

Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək V Ürək Çatışmazlığında Yeniliklər Konqresi çərçivəsində 11 iyun 2026-cı il tarixində “Ürək Çatışmazlığında Kardiak MRT Kursu” təşkil olunacaqdır. Kurs ürək çatışmazlığında kardiak MRT-nin rolu, görüntüləmə protokolları və klinik yanaşmalar üzrə praktik məlumatları əhatə edəcəkdir.

Təlim yarım günlük praktiki kurs formatında keçiriləcəkdir. Kursun direktorları Cəmil Babayev və Xatirə Abdulalimovadır.

Saat: 14:00 – 18:00

Kurs kardioloqlar, ürək çatışmazlığı üzrə mütəxəssislər, kardiak görüntüləmə üzrə həkimlər, invension kardioloqlar və struktur ürək xəstəlikləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Kurslarda iştirak ödənişli olub, iştirak haqqı 100 AZN təşkil edir. Təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaqdır.

Qeyd edək ki, kursun ətraflı elmi proqramı yaxın günlərdə paylaşılacaqdır.

Qeydiyyat üçün: +994 50 207 09 45

×